Satınalma və təchizat
Avadanlıqların xaricdən alınması və satışı, laboratoriya şəraitində kalibrasiya və tam gömrük rəsmiləşdirmə ilə müştəriyə təhvil.
Engineering Store and Services MMC
Xaricdən avadanlıqların alınması və satışı, yüksək gərginlik sınaqları, laboratoriya diaqnostikası, offshore xidmətlər və təmir — sənaye dəyər zəncirinin bütün mərhələlərində etibarlı tərəfdaşınız.
Fəaliyyət dairəmiz
Sənaye və tikinti sahələri üçün kompleks təchizat və servis həlləri.
Avadanlıqların xaricdən alınması və satışı, laboratoriya şəraitində kalibrasiya və tam gömrük rəsmiləşdirmə ilə müştəriyə təhvil.
Xəbərdaredici, göstərici və qadağanedici plakatlar; stiker və metal lövhə üzərində çap, reflektiv yol nişanları, fərdi ölçü və dizayn.
Dəniz platformaları və offshore obyektlərdə avadanlıqların təchizatı, quraşdırılması, texniki xidməti, təmiri və sınaq işləri.
Dielektrik vasitələrin və sənaye yağlarının kimyəvi analizi, elektrik mühərriklərinin sarğı təmiri, avtomatika və VFD montaj/sazlama.
YG kabellərin təchizatı; izolyasiya, bütövlük və dayanıqlıq sınaqları; kabel və transformator dolaqlarının AC/DC yüksək gərginlik testləri.
Termal kamera ilə avadanlıqlarda isti nöqtələrin təyini, elektronika lövhələrinin təmiri və bərpası, tam diaqnostika hesabatı.
01 — Təchizat
Engineering Store and Services MMC avadanlıqların xaricdən alınması və satışı ilə yanaşı, idxal olunan avadanlıqların laboratoriya şəraitində kalibrasiyadan keçirilməsini təmin edir.
İdxal prosesində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün gömrük rəsmiləşdirmə işlərini həyata keçirərək avadanlıqları müştəriyə təhvil veririk.

02 — Yüksək gərginlik
YG kabellərin xaricdən təchizatı, izolyasiya, bütövlük və dayanıqlıq sınaqları; avadanlıqların və şəbəkə gərginliyinin diaqnostikası və quraşdırılması.
Müasir və sertifikatlı sınaq avadanlıqları, təcrübəli mühəndis heyəti vasitəsilə xidmətlərin beynəlxalq standartlara uyğunluğunu təmin edirik.

03 — Offshore
Şirkət dəniz mühitinin spesifik tələblərini nəzərə alaraq, beynəlxalq standartlara uyğun, etibarlı və təhlükəsiz həllər təqdim edir.

İşlərimizdən
Sahədə görülən real layihələr və xidmətlər.
Hələ şəkil əlavə olunmayıb.
Videolar
Şirkətin fəaliyyəti və layihələri haqqında videolar.
Hələ video əlavə olunmayıb.
Haqqımızda
Sənaye və tikinti sahələrində fəaliyyət göstərən müştərilər üçün kompleks həllər təqdim edən, təchizat və servis xidmətləri göstərən texnologiya şirkətiyik. Geniş avadanlıq xidmətimiz sənaye dəyər zəncirinin bütün mərhələlərini əhatə edir.
Kalibrasiya və sınaq laboratoriyaları üçün avadanlıqların satışı və kirayəsi.
Görülən bütün işlər normativ sənədlərə uyğun, ixtisaslı mütəxəssislər tərəfindən.
Fasiləsiz və etibarlı iş üçün davamlı texniki dəstək və qəza qarşısının alınması.
ESS MMC xarici şirkətlərlə əməkdaşlıq edir. Avropa, Rusiya və Çin daxilində yerli tərəfdaşlarla iş birliyi qurur və bu ölkələrdə yerli mütəxəssislərdən ibarət komandalarla layihələr həyata keçirir.
Əlaqə
Avadanlıqların fasiləsiz və etibarlı işləməsini təmin etmək üçün peşəkar xidmətlərimizdən yararlanın.